Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyanın daha iki səyyar qrupu yaradıldı

17-01-2021, 13:08           
Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyanın daha iki səyyar qrupu yaradıldı
“Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiya müraciət edən bəzi vətəndaşlarımız könüllü olaraq komissiyanının işinə köməklik etməsi ilə bağlı müraciətlər ediblər. Bu da tərəfimizdən müsbət qarşılanıb. Həmin vətəndaşlar komissiyaya könüllü qoşularaq digər vətəndaşlarımıza köməklik göstərirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

"Vətəndaşların gediş-gəlişini və rahatlığını nəzərə alaraq əlavə olaraq yanvarın 18-dən iki səyyarın qrupun da yaradılmasına qərar verilib. Belə ki, həmin səyyar qruplardan biri Pirəküşkül qəsəbəsində, digəri isə Gəncə şəhərindəki hərbi hissənin ərazisində fəaliyyət göstərəcək”, - nazirlik rəsmisi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru