Hərbi avtomobil oğurlandı - FTB sosial mediadan kömək istədi

18-01-2021, 00:00           
Hərbi avtomobil oğurlandı -
ABŞ-ın Kaliforniya ştatında oğurluq hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, ABŞ hərbçiləri tərəfindən geniş istifadə edilən "humvee" olaraq da bilinən "Hummer" markalı hərbi avtomobil oğurlanıb.

FTB, avtomobilin fotolarını və nömrəsini "Twitter" hesabında paylaşaraq, 120 min dollar dəyərində olan avtomobili tapmaqda kömək edənlərə 10 min dollar mükafat pulu vəd edib.

Qeyd edək ki, hökumətə məxsus hərbi nəqliyyat vasitəsinin oğurlanmasının federal bir cinayət olduğu və 10 ilə qədər həbs cəzası ilə cəzalandırıla biləcəyi bildirilir. ABŞ Konqresinin 2 həftədən az müddət əvvəl ifrat sağçılar tərəfindən basqını və mümkün hücumların təkrarlana biləcəyi barədə şayiələrdən sonra bir hərbi nəqliyyat vasitəsinin oğurlanması xüsusilə sosial mediada gündəm olub.

Hadisə ilə bağlı istintaq davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru