Azərbaycanda polis tərəfindən saxlanılan şəxs intihar edib - Polis onu durdura bilməyib

4-02-2016, 21:15           
Azərbaycanda polis tərəfindən saxlanılan şəxs intihar edib - Polis onu durdura bilməyib
Balakəndə intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün Balakən rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Xəstəxanada müalicə alan, rayonun Katex kənd sakini, 1982-ci il təvəllüdlü Əziz Əliağa oğlu Əhmədov 3-cü mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

APA-nın əldə etdiyi məlumata görə, Ə. Əhmədov Katex kəndində vətəndaşların mülklərini yandırmaqda təqsirli bilinərək bir neçə gün əvvəl polis tərəfindən saxlanılıb. O, polis şöbəsində kəsici alətlə özünə xəsarət yetirərək intihara cəhd edib. Lakin cəhdin qarşısı alınıb və o, xəstəxanaya yerləşdirilib.

Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.

Faktla bağlı Balakən Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.