Amerikada zabit müsəlmanları təhqir etdiyinə görə işdən qovuldu...-İBRƏTAMİZ

18-01-2021, 08:57           
Amerikada zabit müsəlmanları təhqir etdiyinə görə  işdən qovuldu...-İBRƏTAMİZ
ABŞ-da bir həbsxana nəzarətçisi açıq islamofobik fikirlərinə görə günahlandırıldıqdan sonra xidmətdən kənarlaşdırılıb.

Moderator.az xəbər verir ki, bu haqda Amerikanın “San Francisco Chronicle” nəşri məlumat yayıb.

Bu həftənin əvvəlində Amerika İslam Münasibətləri Şurası (“CAIR”) zabit Entoni Marlakın Konnecktikut ştatındakı islah müəssisəsindən qovulmasına çağırıb. Buna səbəb Marlakın “Facebook”-da “islami Çin zəngləri” sözləri yazılmış 5 müsəlman şəklini, eləcə də müsəlmanları və İslamı təhqir edən digər şərhlərini yayımlaması olub.

İnsan hüquqları müvəkkili Angel Quiros “CAIR”-in Konnektikut ofisinin sədrinə yazdığı bir məktubda həmin zabitin "yüksək səviyyəli istintaq" müddəti boyunca maaşsız vəzifəsindən kənarlaşdırıldığını bilidirib.

Müsəlman insan hüquqları təşkilatının nümayəndəsi Fərhan Memon hüquq-mühafizə orqanlarının zabitləri sırasındakı ekstremizmi qəbul etmədiyinə və operativ reaksiyasına görə müvəkkilə minnətdarlığını çatdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.