Valideynləri şəhidimizin dəfninə gəlmədi - FOTO

5-02-2016, 14:04           
Valideynləri şəhidimizin dəfninə gəlmədi - FOTO
Ermənistan silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri 1996-ci il təvəllüdlü İmran Xudaverdi oğlu Mirzəyevin dəfn mərasimində ailə üzvləri iştirak etməyib.

teref.az-nun axar.az-a istinadən verdiyi məlumata görə, dəfn mərasimində şəhidin dayıları və xalaları iştirak ediblər.

Məlumata görə, valideynləri o, uşaqkən ayrılıblar. Hazırda anası Türkiyədə, atası isə Azərbaycanın bölgələrindən birində yaşayır.

Yevlax rayon Aran qəsəbəsi bələdiyyəsindən bildirilib ki, İmranın şəhid olması xəbərini anasına çatdırıblar və o, şəhidin üç mərasimində iştirak üçün ölkəyə gəlməyə hazırlaşır. Şəhidin atasının hansı bölgədə yaşaması barədə isə dəqiq məlumat olmadığından onun baş verənlərdən xəbəri yoxdur.

Xatırladaq ki, Ermənistan silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olan əsgərimizin 2 bacısı var və onlar anaları ilə birlikdə Türkiyədə yaşayır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru