Avstraliya Pfizer peyvəndinin istifadəsinə ilkin icazə verib

25-01-2021, 08:07           
Avstraliya Pfizer peyvəndinin istifadəsinə ilkin icazə verib
Avstraliyanın Dövlət Terapevtik Məhsullar İdarəsi amerikan "Pfizer" şirkəti və Avstraliyadakı alman ortağı "BioNTech"in koronavirus peyvəndlərinin istifadəsini ilkin olaraq təsdiqləyib.

Trend TASS-a istinadən xəbər verir ki, ölkənin baş naziri Skot Morrison deyib.

"Təsdiq 16 yaşdan yuxarı böyüklər arasında [vaksinin] ən azı 21 gün fasilə ilə iki dəfə istifadəsini nəzərdə tutur”, - baş nazir bildirib.

S.Morrison "Pfizer - BioNTech" peyvəndinin milli təhlükəsizlik, keyfiyyət və effektivlik standartlarına tam uyğun olduğunu da qeyd edib. Vaksinin geniş istifadəsinin fevral ayının sonunda başlanması gözlənilir.

Avstraliya hökumətinin sifariş etdiyi peyvəndlərin ümumi həcmi hazırda təqribən 140 milyon doz təşkil edir. Ümumilikdə koronavirusa qarşı "Pfizer - BioNTech" və digər peyvəndlərin alınması və istehsalı üçün ayrılan maliyyənin həcmi 2,5 milyard dollardır.

Səlahiyyətli orqanların qərarına əsasən, ölkədə peyvəndləmənin pulsuz və könüllü olacağı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru