Elman Rüstəmov Neftçalada niyə arxa qapıdan qaçıb?

6-02-2016, 14:17           
Elman Rüstəmov Neftçalada niyə arxa qapıdan qaçıb?
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun Nefçtalada vətəndaşlarla görüşü barədə azadlıq.info-ya maraqlı məlumat daxil olub.

Qeyd edək ki, görüş bir neçə gün əvvəl rayondakı Heydər Əliyev Mərkəzində keçirilib. Məlumatda bildirilir ki, vətəndaşlarlın qəbulu günorta saatlarına salınıb.

Elman Rüstəmovun qəbuluna gözlənildiyindən çox adam gəlib. Baş bankirlə görüşmək istəyən vətəndaşların əsas problemi isə kreditlər və maaşlarla bağlı olub. Bildirilir ki, Elman Rüstəmov Heydər Əliyev Mərkəzinin qarşısında izdiham yaşandığını görüb, görüşü vaxtından əvvəl bitirib. Vətəndaşlara görüşün başa çatdığı elan edilsə də, onlar baş bankirlə görüşməkdə israr ediblər. Elman Rüstəmov da məcburiyyət qarşısında qalaraq binanı arxa qapıdan tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru