Sayt rəhbəri təslim olmaq üçün şərtini açıqladı

6-02-2016, 20:27           

Qalmaqallı "Wikileaks" saytının qurucusu Culian Assanj Britaniya polisinə təslim olmaq üçün şərtini açıqlayıb. Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, “Wikileaks”ın qurucusu BMT işçi qrupunun onun əleyhinə qərar verəcəyi halda təslim olacağını deyib. “Bu gün BMT Böyük Britaniya və İsveçə qarşı qaldırdığım işi uduzduğumu açıqlasa, cümə günü səfirlikdən çıxıb Britaniya polisinin məni həbs etməsinə icazə verəcəm. Çünki bundan sonra şikayət etməyin perspektivi də olmayacaq. Amma mən qalib gəlsəm və dövlətin qanunsuz hərəkət etdiyi təsdiqini tapsa, dərhal pasportumun geri verilməsini və məni saxlamaq cəhdlərinə son qoyulmasını gözləyirəm”, - Culian Assanj”Twitter”dəki “Wikileaks” hesabından yazıb. BMT-nin işçi qrupu üç ildən çoxdur ki, Ekvadorun Londondakı səfirliyinə sığınan və həbs olunmaq təhlükəsi olduğuna görə səfirlikdən çıxa bilməyən Assanjın iddiası ilə bağlı qərarını bu gün açıqlayacaq. Assanj 2014-cü ilin sentyabr ayında İsveç və İngiltərədən BMT-yə şikayət edib. Beynəlxalq qurum şikayətə baxmaq üçün hüquqşünaslardan ibarət işçi qrupu yaradıb. Qeyd edək ki, İsveçdə cinsi zorakılıqda ittiham edilən Assanj 19 İyun 2012-ci ildən İngiltərədədir. Britaniya onun İsveçə ekstradisiyası barədə qərar verib. Assanj bundan sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb. Assanjın İsveçə ekstradisiyası məsələsi Böyük Britaniya, Ekvador və İsveç arasında diplomatik gərginlik yaradıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.