Beyləqanda Yol Polisinin özbaşınalığı sakinlərin narazılığına səbəb olub

6-02-2016, 20:31           

Reportyor.tv-yə Beyləqandan İsmayılov Natiq İsmayıl oğlu tərəfindən göndərilən şikayət də bildirilir ki, son zamanlar Daxili İşlər Naziri cənab Ramil Usubov polislərin nizam intizamına görə işdən çıxalımaya qədər cəzalandırmasına baxmayaraq Beyləqan rayon Yol Polisinin əməkdaşı mayor Eyvazov Rövşən idarə etdiyi (yol polisinə məxsus) 99 YP 636 dövlət nömrə nişanlı avtomobilinin yolun əks istiqamətində saxlayaraq hərəkətdə olan avtomobillərə maniyyə törədərək gediş gəlişə problem torədib. Bu kimi neqativ halların Beyləqanda yol polisi tərəfindən tez-tez baş verməsi rayon sakinlərinin kəskin etirazına səbəb olur. İsmayılov Natiq əlavə edir ki, əsas narazı təbəqə orta yaşlı sakinlərdir. Ona görə ki, böyüməkdə olan övladlarının belə özbaşınalıqdan istifadə edən yol polisindən hansı örnək götürməsindən narazıdırlar. Hət da Natiq İsmayılov qeyd edir ki, Eyvazov Rövşən Beyləqan Yol Polisinin pul kisəsidir. Yəni ki, baş verən bütün yol hərəkəti qanun pozuntuları ancaq Rövşən Eyvazovun vasitəsi ilə aldığı pulun səbəbindən sürücülər cəzasız qalır və heç bir "protokol" tətbiq olunmur.
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru