Xəvaric lider şiələri təhqir etdi – Azərbaycanda – Video

7-02-2016, 13:28           

Azərbaycanda radikal dini ünsürlər öz niyyətlərindən əl çəkmirlər. Müxtəlif xarici dövlətlərin oyuncağı olan bu dini qruplar bütün istiqamətlərdə fəaliyyətlərini davam etdirirlər. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Masallıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı söylədiyi fikirlər də bunu göstərir.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, “Son zamanlar bəzi rayonlarda baş vermiş hadisələr bir daha nümayiş etdirdi ki, istər ölkəmizin daxilində, istərsə də xaricində Azərbaycanda yarana biləcək xırda narazıçılıqdan ölkədə sabitliyi pozmaq üçün istifadə etməyə çalışan qüvvələr mövcuddur. Xüsusilə, bir sıra müxalifət partiyaları və radikal dindarlar manatın devalvasiyasından sonra yaranmış vəziyyətdən istifadə edərək lokal etirazlar yaratmağa cəhd göstəriblər. Lakin Azərbaycan xalqı belə qüvvələrin yanında olmadığını bir daha nümayiş etdirdi. Heç kəs bu hadisələrin bir daha təkrarlanmasını istəmir. Buna görə də ölkədə sabitliyi pozmağa yönələn bütün cəhdlərin qarşısı qətiyyətlə alınacaq”.

Yenicag.az xəbər verir ki, belə qüvvələrdən biri də vaxtilə Qamət Süleymanovun müavini olan Adil Rəcəbovdur. Zərərli dini ideyalar yaydığı üçün dəfələrlə polis tərəfindən saxlanılan A.Rəcəbov eyni zamanda Azərbaycanda dini təfriqə salmaq məsələsində də ön plandadır. Belə ki, onun digər məzhəblərlə bağlı söylədikləri din və vicdan azadlığını kobud şəkildə pozur.

Belə ki, o, şiələrin İslamdan kənar, insanlar içərisində ən xəyanətkar, ən kinli olduqlarını və tarix boyu müsəlmanlara qarşı çıxıb həmişə kafirlərlə birgə İslama qarşı vuruşduqlarını düşünür, “Ya Məhəmməd”, “Ya Əli” deməyi böyük şirk hesab edir, namaz qılmayanın müsəlman olmasını ixtilaflı bir məsələ sayırmış.
Videonu izlədikdə, görmək olur ki, Adil Rəcəbov şiələri açıq şəkildə təhqir edir.

Buna baxmayaraq, A.Rəcəbov Azərbaycanda fəaliyyətini davam etdirir və zərərli xəvaric ideologiyasıı yaymaqdadır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.