Qanunu qoruyan yol polisi qanunu belə pozur - Biabırçı video

8-02-2016, 23:22           
Qanunu qoruyan yol polisi qanunu belə pozur - Biabırçı video
Bakının mərkəzində Dövlət Yol Polisinin əməkdaşının daha bir qanunsuz hərəkəti ifşa olunub.

teref.az xəbər verir ki, bu barədə oxu.az-a daxil olan məlumata görə, fevralın 2-də, təxminən saat 12.00 radələrində Bakıda metronun "Elmlər Akademiyası” stansiyasının yaxınlığında, "Hüseyn Cavid” prospektində hərəkət edən DYP sürücüsü kobud şəkildə yol hərəkəti qaydasını pozub. Belə ki, "Hüseyn Cavid” prospekti ilə üzü Şəhidlər Xiyabanı-Vergilər Nazirliyi istiqamətində hərəkətdə olan DYP avtomobilin sürücüsü, səs siqnalı və sayrışan işıqlardan istifadə etmədən qoşa xətti tapdalayıb, əks yola çıxaraq dönmə əməliyyatını həyata keçirib.

Qeyd edək ki, "Yol hərəkəti haqqında” qanunun 48-ci maddəsində və 74-cü maddəsində göstərilib ki, "Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar”.

"Yol Patrul Xidməti Haqqında Təlimat”ın 7.43 cü bəndində göstərilib ki, "Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı yol hərəkəti qaydalarının pozulması vəziyyəti yarandığı halda YPX inspektoru bu barədə digər hərəkət iştirakçılarını məlumatlandırmaqla qırmızı və ya göy sayrışan işıq siqnallarından istifadə etməlidir”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.