MTN-nin məhkəmə terroru
9-02-2016, 09:47
Mahmudovun məhkəmə ekspertləri kimlərdir?
MTN-in 75 oyuncaq tapançalarından çıxan yeni səs: Nicat Quliyevin «işində» köçürmə əməliyyatı
MTN terrorunun dövlət orqanlarına bir xərçəng kimi yayıldığına dair sübutlar genişlənməkdədir. Günahsız yerə şərlənərək həbs edilən insanlar barəsində ədalətsiz hökmlər çıxarmaq üçün saxta məhkəmə ekspert rəyləri hazırlayan məhkəmə ekspertiza idarələri də bu qəbildəndir. Əlimizdəki bir sənəd MTN-in geniş terrorunu ifşa etməklə dövlətin imkanlarını vətəndaşa qarşı istifadə edən qurum və şəxsləri ortaya çıxarır. Yanlış da bir naxışdır. Ya da haqqı nahaqqla pərdələmək istəyən elə öz əli ilə tələyə düşür.
Nicat Quliyevə dair MTN-də açılmış 1038 saylı cinayət işindəki ekspert rəyi insanı dəhşətə gətirir:
Deməli “MR-371″ siqnal (səs) tapançalarına dair ekspert rəyi MTN-də mahiyyəti bizə məlum olan 1023 saylı işdən sadəcə kopyalanıb. Bu araşdırmanı gözdən keçirərkən aşağıdakı suallara da cavab axtarın.
1023 saylı iş nədir? Kimin şərlənməsinə dair işdir?
1023 saylı işdə də eyni silahlarmı istifadə olunub, yoxsa eyni partiyadan olan silahlardırmı?
Bu işlərlə, yəni 1023 saylı işlə 1038 və 1042 saylı işləri bir birinə bağlayan “tapançalar” daha hansı şərlənmələrdə istifadə olunub?
Beləliklə aydın olur ki, MTN təkcə silahı, narkotiki “qoymagötürmə” əməliyyatları ilə kifayətlənməyib. Həm də məhkəmə orqanlarında bu terroru davam etdiriblər. Bu isə 11 ildən artıq vaxtda dövlət aparatına yayılmış bir mahmudovçuluq antidövlət xislətli dövləti bürüyərək dərin bir terrorun vüsət tapmasına rəvac verib.
Araşdırmalarımız davam edəcək…azadliq.info/