ABŞ-dan dollarla bağlı mühüm açıqlama: Bank sisteminə mənfi təsir göstərmədən edilməlidir

24-02-2021, 08:29           
ABŞ-dan dollarla bağlı mühüm açıqlama: Bank sisteminə mənfi təsir göstərmədən edilməlidir
ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) elektron dollar yaratmaq məsələsini diqqətlə öyrənir, lakin bu, bank sisteminə mənfi təsir göstərmədən edilməlidir.

Pravda.az-ın məlumatına görə, bunu Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauell bəyan edib.

“Elektron dolları tətbiq edib-etməyəcəyimizi çox yaxından araşdırırıq. Bu, dünyanın mərkəzi bankları qarşısında duran sualdır. Bunu necə edəcəyinizə dair əhəmiyyətli texniki və tənzimləyici suallar mövcuddur. Biz dünyanın ehtiyat valyutasıyıq və bunu düzgün yerinə yetirmək üçün məsuliyyət daşıyırıq. Birinci olmağımız lazım deyil, bunu düzgün etməliyik.”-deyə, o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru