“Qara Rəhilə”nin məhkəməsi bitdi: - qadınlardan biri zalda həbs olundu, digəri isə azadlığa çıxdı

10-02-2016, 17:02           
“Qara Rəhilə”nin məhkəməsi bitdi: - qadınlardan biri zalda həbs olundu, digəri isə azadlığa çıxdı
Bakı Ağır Cinayətlər Məhkəməsində cibgirliklə məşğul olmaqda təqsirləndirilən Rəhilə İsmayılova, onun ailə üzvləri - Məleykə Şamilova, Nətavan Şamilova, Mətanət Şamilova və Məcid Şamilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, R.İsmayılova 4 il, M.Şamilov 4 il 4 ay, Məleykə Şamilova 6 il, N.Şamilova 7 il müddətinə azadlıdan məhrum edilib. Təqsirləndirilən Natəvan Şamilova məhkəmə zalında həbs edilib. Həbsdə olan Mətanət Şamilova isə azadlığa buraxılıb. O, 2 min manat məbləğində cərimə olunub.

Qeyd edək ki, Sumqayıt şəhər sakini, 1954-cü il təvəllüdlü Rəhilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməlləri törətməkdə təqsirli bilinir.

R.İsmayılova sonuncu dəfə 2012-ci ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, 2014-cü ilin may ayında azadlığa buraxılıb. Amma cəmi 3 ay azadlıqda qala bilib. R.İsmayılova “oğru” aləmində “Qara Rahilə” kimi tanınır. R.İsmayılova əvvəllər də cibgirlik və narkotik maddə saxlamaqda ittiham olunaraq 10 dəfədən artıq məhkumluq həyatı yaşayıb.

“Qara Rəhilə” və onunla birgə həbs olunan şəxslərin əməllərindən zərər çəkənlərin sayı 15 nəfərdir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq), 234 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi), 180 (soyğunçuluq) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) maddələri ilə ittiham olunurlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.