“Lotu Quli”nin titul verdiyi “qanuni oğru” türmədə asılmış vəziyyətdə tapıldı
11-02-2016, 13:08
Rusiyanın Perm vilayətinin 11 saylı cəzaçəkmə müəssisəsində “Maks Pioner” kimi tanınan 36 yaşlı “vor zakon” Maksim Novikov asılmış vəziyyətdə tapılıb.
Virtualaz.org xəbər verir ki, həbsxana nəzarətçilərinin səylərinə baxmayaraq onu həyata qaytarmaq mümkün olmayıb. Kamera yoldaşlarının bildirdiyinə görə hadisədən bir neçə saat əvvəl “Maks Pioner” vəkili ilə görüşüb və “vor kimi öləcəyini” deyib. Bununla belə onun yaxın ətrafı inthar versiyasına inanmır.
“Maks Pioner” 2014-cü ildə Türkiyədə “vor” titulu alıb. Ona bu adın verilməsində həbsxanadan məşhur azərbaycanlı “vor zakon”, “Lotu Quli” kimi tanınan Nadir Səlifov da Skype vasitəsilə iştirak edib. Habelə “tacqoyma” mərasiminə “məsafədən” onun qardaşı Namiq də qatılıb. “Maks Pioner” ötən il 3 il yarım həbs cəzası almışdı. Kriminal aləmdə onun ölümünü 30 il əvvəl həbsxanada asılmış vəziyyətdə tapılan məşhur “vor” “Vasya Brillyant”ın ölümü ilə müqayisə edirlər.