“Jeep” şirkəti hindilərə görə “Grand Cherokee” modelinin adının dəyişdirməyi fikirləşir

5-03-2021, 08:07           
“Jeep” şirkəti hindilərə görə “Grand Cherokee” modelinin adının dəyişdirməyi fikirləşir
“Jeep” avtomobil şirkəti modellərinin adını dəyişdirmək və hindilər tərəfindən tənqidə görə “Cherokee” sözündən istifadədən imtina etməyi fikirləşir.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” xəbər verir.

Şirkətin rəhbəri Karlos Tavares bildirib ki, firma bütövlükdə bu addımı atmağa hazırdır. Eyni zamanda şirkət "məsələni müvafiq şəxslərlə və vasitəçilərsiz müzakirə etməyə hazırdır".

“Cherokee”modeli adından imtina çeroki hindilərinin iddiaları ilə bağlıdır. Hindilərin bununla bağlı narazılığı fevralın sonunda məlum olub. Tayfanın rəhbəri Çak Xoskin bu barədə deyib: "Əminəm ki, bu ən yaxşı niyyətlərlə edilib, amma adımızın avtomobilə bərkidilməsi bizi heç cür şərəfləndirmir".

Onun fikrincə, şirkətlərin öz məhsullarının satışı üçün Amerikanın yerli xalqlarının və talismanların adlarından istifadə etməyə son qoymaq vaxtı çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru