Gürcüstanda din xadimləri arasında dava: on nəfər eyvandan yıxıldı

9-03-2021, 09:25           
Gürcüstanda din xadimləri arasında dava: on nəfər eyvandan yıxıldı
Gürcüstanın Martvili şəhərindəki Çkondid yepiskopluğunda din xadimləri arasında dava düşüb.

Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Dava-dalaş zamanı 10 nəfər eyvandan yerə yıxılıb.

Hadisə yeni mitropolit Stefanın sədrliyilə keçirilən iclas zamanı baş verib. Onun iki keşişin dini rütbəsini əlindən alması ciddi qalmaqala səbəb olub və iclas iştirakçıları arasında əlbəyaxa döyüşlə nəticələnib.

Tərəflər münasibətlərini aydınlaşdırmaq üçün eyvana çıxıblar. Lakin köhnə taxta konstruksiyalı eyvan çox sayda insanların ağırlığına dözməyərək qırılıb.

Xəsarət alanlar arasında jurnalistlərin olduğu da bildirilir.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru