Ağalarov Azərbaycanda daha 7 restoran açacaq - AÇIQLAMA

17-03-2021, 17:57           
Ağalarov Azərbaycanda daha 7 restoran açacaq - AÇIQLAMA
Ağalarovlara məxsus "Crocus Group” şirkəti 2021-2022-ci illərdə restoran layihələrinə təxminən 1 milyard rubl sərmayə qoymağı planlaşdırır.

Bu barədə holdinqin ortağı Emin Ağalarov "Kommersant”a açıqlamasında bildirib:

"2022-ci ilin sonun kimi Bakıda və "Sea Breeze Resort”da 7 yeni restoran açmağı planlaşdırırıq. Bəzi layihələrimiz artıq tanınmış markalardır: "Zafferano”, "Edoko”, "Forte Bello”, "Fish Box”, "Cafe Milano”.

Qeyd edək ki, hazırda "Crocus Group” şirkəti ümumilikdə 52 restoranı idarə edir. Ötən il qrupun biznesinin restoran hissəsinin dövriyyəsi 3 dəfə azalıb. Şirkət 2023-cü ilə qədər bu göstəricini 70% artırmağı planlaşdırır. //sfera.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru