Sabirabadda faciəvi hadisə baş verib. Teref.az-ın xəbərinə görə, Sabirabad şəhərində bir aylıq Necati Əmrə sünnət edilərkən güclü qanaxma baş verib. Qanaxmanın qarşısını almaq mümkün olmadığından körpə vəfat edib. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.