Yanında azyaşlı uşağı olan kişi adi məzəmmətə görə döyüldü

19-03-2021, 08:28           
Yanında azyaşlı uşağı olan kişi adi məzəmmətə görə döyüldü
Rusiyada kişi azyaşlı övladının yanında naməlum şəxslər tərəfindən döyülüb. Zərbələrdən sonra kişi və uşaq yerə yıxılıb.

“Life Shot” “Telegram” kanalı bununla bağlı görüntüləri yayıb.

Zərərçəkən 41 yaşlı İvan Vyatkin baş verənlərdən sonra xəstəxanaya müraciət edib.

İlkin məlumata görə, hadisəyə səbəb məzəmmət olub. Ata övladı ilə səki ilə gedərkən yoldan şütüyən maşın onların üstünə gölməçədən su sıçradıb. İvan narazılığını bildirəndə isə maşın dayanıb. Sürücü və yanındakılar kişiyə “dərs verərək” hadisə yerindən uzaqlaşıblar.

Hazırda hücumçuların kimliyi müəyyənləşdirilir.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru