Helikopter qəzaya düşdü: 3 ölü var - 1 nəfər axtarılır - ANBAAN VİDEO

20-03-2021, 10:22           
Helikopter qəzaya düşdü:
Çinin Fucien vilayətinin Siamen şəhərində baş verən helikopter qəzası 3 nəfərin ölümünə səbəb olub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Çin Mülki Aviasiya Administrasiyası yayıb.

Mənbə bildirir ki, hadisə dünən yerli vaxtla saat 16:30-da baş verib.

Belə ki, turizm xidmətləri göstərən aviasiya şirkətinə məxsus helikopter növbəti səyahət uçuşu yerinə yetirərkən dənizə düşüb. Əraziyə gələn xilasedicilər 3 nəfərin meyitini tapıblar. Bir nəfərin axtarışları davam edir.

Hələlik qəzanın səbəbləri bilinmir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru