İraq gəmisi İranın ərazi sularında qaçırıldı

22-03-2021, 00:07           
İraq gəmisi İranın ərazi sularında qaçırıldı
İraq gəmisi İranın ərazi sularında qaçırılıb.

Teref.az-ın məlumatına görə, dəniz quldurları iraqlı sahibkardan gəmini və gəmi heyətini buraxmaq üçün 80 min dollar tələb edib.

Gəmi və heyətinin hazırda harada olduğu məlum deyil.

Gəminin sahibi dəniz quldurlarının səs yazısını İraqın Bəsrə vilayətinin deputatı Kazem Hamamiyə təqdim edib. Deputat səs yazısını Bəhreyndə yerləşən Fövqəladə Hallarda Qarşılıqlı Yardım üzrə Mərkəzə və İraqın müvafiq dövlət strukturlarına təqdim edəcəyini bildirib. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru