Tayvanda təlim zamanı iki qırıcı toqquşdu

22-03-2021, 20:29           
Tayvanda təlim zamanı iki qırıcı toqquşdu
Tayvan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus iki qırıcı “F-5E” təlim-döyüş təyyarəsi qəzaya uğrayıb.

Vaxt24.az xəbər verir ki, hadisə Pindun əyaləti sahillərində qeydə alınıb. Bu barədə Tayvan mərkəzi xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, eyni tipli dörd hərbi təyyarə təlim uçuşu keçirib. Onlardan ikisi havada toqquşub.

Bildirilir ki, qəzadan sonra hər iki pilot katapulta edə bilb.

İnsidentin baş verdiyi əraziyə helikopterlər və sahil mühafizə gəmiləri cəlb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru