Abdulatipovun deputat qardaşı həbs edildi: 12 il...

22-03-2021, 23:31           
Abdulatipovun deputat qardaşı həbs edildi: 12 il...
Dağıstanın sabiq başçısı Ramazan Abdulatipovun qardaşı, Dağıstanın sabiq deputatı Rəcəb Abdulatipov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 illik həbsə məhkum edilib.

Axar.az xəbər verir ki, bu barədə Moskvanın Babuşkin məhkəməsi qərar çıxarıb.

Rəcəb Abdulatipov rüşvət almaqda və dələduzluqda təqsirli bilinib.

Məhkəmə onun “xüsusilə külli miqdarda rüşvət aldığını” sübuta yetirib.

Medianın yaydığı məlumata görə, R.Abdulatipov Abdurəhim Ələsgərovdan onu yüksək vəzifəyə təyin etmək adı ilə 20 milyon rubl alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru