Donbasa hücum: 4 Ukrayna hərbçisi öldürüldü

26-03-2021, 22:50           
Donbasa hücum:
Ukraynanın Donbas vilayətində atəşkəs növbəti dəfə pozulub.

Qazet.az Ukrayna mediasına istinadən xəbər verir ki, separatçı qüvvələr Şumov kəndi istiqamətində Ukrayna hərbçilərinə hücum edib.

Hücum nəticəsində 4 Ukraynalı hərbçi həlak olub, 2 yaralı var. Separatçıların iri çaplı pulemyotlardan atəş açdığı bildirilir.

Faktı yerli mənbələr təsdiqləyib. Son günlərdə Donbas istiqamətində mütəmadı silahlı insidentlər qeydə alınır. Artan gərginlik bölgədə total müharibənin olacağına işarə verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.