Moskvadan Bakıya uçan təyyarə təcili eniş etdi - SƏBƏB
24-04-2021, 00:05
Moskva-Bakı reysi ilə uçan təyyarə təcili eniş edib.
Bizim.Media "TASS"a istinadla xəbər verir ki, bu barədə hava limanından məlumat verilib.
“Aeroflot” aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin səhhətinin pisləşməsinə görə Mineralnıy Vodı hava limanına enib. Halı pisləşən sərnişin Minvodda qalıb.