İranda təbii fəlakət: azı 10 nəfər həlak olub

5-05-2021, 00:24           
İranda təbii fəlakət:
İranda güclü leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində azı 10 nəfər həlak olub. Bu barədə ILNA agentliyi xəbər verib. Məlumata görə, təbii fəlakət İranın İsfahan, Yəzd, Cənubi Xorasan, Xorasan Rezavi, Kirman, Semnan, Tehran, Sistan və Bəlucistan vilayətlərini əhatə edib.

Ümumilikdə altı şəhərə və 47 kəndə zərər dəyib. Yardım üçün 78 xilasetmə qrupu, xüsusi avtonəqliyyat və helikopterlər cəlb olunub. İran hökuməti zərərçəkmiş rayonlara humanitar yardım yollayıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru