ABŞ-da orta məktəbdə atışma olub, 3 nəfər yaralanıb 7-05-2021, 06:43 ABŞ-ın Aydaho ştatının Riqbi şəhərində orta məktəblərdən birində silahlı insident baş verib.APA “USA Today” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər – iki şagird və məktəbin mühafizəçisi yaralanıb.Digər tələbələr hadisə yerindən evakuasiya edilib.Yerli polisin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Facebook-da paylaş