Tripolidə silahlılar Prezident Şurasının qərargahının yerləşdiyi otelə hücum ediblər

8-05-2021, 07:30           
Tripolidə silahlılar Prezident Şurasının qərargahının yerləşdiyi otelə hücum ediblər
Tripolidə silahlılar Liviya Prezident Şurasının qərargahının yerləşdiyi "Corinthia" otelinə hücum ediblər.

Trend-in "Al Arabiya" telekanalına istinadən verdiyi məlumata görə, Prezident Şurasının rəhbəri Məhəmməd əl-Menfi Tripolidəki ən böyük otelin binasından arxa qapıdan çıxmağı bacarıb.

Məlumata əsasən, hazırda üç nəfərdən ibarət olan Prezident Şurasının bütün üzvlərinin təhlükəsizliyi təmin edilib.

Eyni zamanda Tripolidən gələn məlumata görə, silahlılar Şuranın dəftərxanasının rəhbəri Məhəmməd əl-Mabruku qaçırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru