Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
12-05-2021, 06:13
İsrailin Hava limanları idarəsi Qəzza zolağından yəhudi dövlətinin ərazisinə raket hücumlarının artması ilə əlaqədar olaraq Tel-Əvivdəki Ben Qurion hava limanından təyyarələrin qalxmasını dayandırıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Haaretz" qəzeti məlumat verib.
Bildirilir ki, təyyarələrə qalxma qadağası İsrailin hava məkanının qorunmasını təmin etmək üçün tətbiq olunub.