“Böyük İşxanasarı güzəştə getsək, demək bütün Süniki veririk” - Arşavir Qaramyan

12-05-2021, 20:04           
“Böyük İşxanasarı güzəştə getsək, demək bütün Süniki veririk” - Arşavir Qaramyan
“Böyük İşxanasarı güzəştə getsək, demək bütün Süniki veririk”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Xocalı qatili, general– leytenant, “Arsax”ın “milli qəhrəmanı”, keçmiş “təhlükəsizlik xidmətinin rəisi” Arşavir Qaramyan öz Fasebook səhifəsində yazıb.

O belə yazıb: “Bölgədə yaranmış mürəkkəb hərbi- siyasi vəziyyətdən, İsrail-Fələstin toqquşmalarından, Ermənistanı idarə edə bilməyən degenerat hakimiyyətin səriştəsizliyindən istifadə edərək və Türkiyənin bu qarışıqlıqdan uduşla çıxmaq istəyini nəzərə alaraq, azərbaycanlılara gecikmədən Böyük İşxanasar dağının yüksəkliklərini ələ keçirmək və bununla da ərazilərə nəzarət yaratmaq tapşırılıb. Bununla da son “Arsax” müharibəsindən sonra Sünikin (Zəngəzur) təhlükəsizliyini təmin edən geniş hərbi bazaya çevrilən Sisian aeroportuna nəzarət Azərbaycana keçir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru