Şəkidə tələbə qız intihar edib

13-05-2021, 00:03           
Şəkidə tələbə qız intihar edib
Bu gün günorta saatlarında Şəkidə intihar hadisəsi qeydə alınıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonun Layısqı kənd sakini, 2001-ci il təvəllüdül Qasımova Mahizər Ramiz qızının cəsədi özlərinin həyətyanı sahəsindəki ağacdan asılmış vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə edilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki şöbəsinə aparılıb. Müayinələrdən sonra isə ailəsinə təhvil verilib.

Mahizər Qasımovanın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Mahizər Qasımovanın tələbə olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru