Şuşada möhtəşəm atəşfəşanlıq – VİDEO

12-05-2021, 23:10           
Şuşada möhtəşəm atəşfəşanlıq – VİDEO
Şuşanın əzəmətli qala divarlarında Azərbaycanın üçrəngli bayrağı proyeksiya olunub
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra mayın 12-də yenə doğmalarını, qonaqlarını qarşılayıb.

AYNA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirak etdikləri, Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalı çərçivəsində möhtəşəm atəşfəşanlıq olub.

Festival iştirakçıları Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr ediblər. Həmçinin Şuşanın əzəmətli qala divarlarında Azərbaycanın üçrəngli bayrağı proyeksiya olunub. Festival iştirakçıları bu mənzərəni də qürurla izləyiblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru