Azərbaycana qoyulan daha bir QADAĞA aradan qaldırıldı

14-05-2021, 00:06           
Azərbaycana qoyulan daha bir QADAĞA aradan qaldırıldı
Rusiyanın baytar və fitosanitar nəzarət üzrə Federal Agentliyi "Rosselxnadzor" mayın 14-dən etibarən Azərbaycanın 30 müəssisəsinin ölkəyə pomidor ixrac etməsinə icazə verib.

Bu barədə qurumdan yayılan məlumatda bildirilib.

Məlumata əsasən, qərar birgə videoyoxlanış zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının yekunları, eləcə də Azərbaycan Qida təhlükəsizliyi Agentliyinin təminatı əsasənda qəbul olunub.

Qeyd edək ki, hələ ötən ilin dekabr ayında "Rosselxnadzor" Azərbaycandan idxal olunan pomidorlarda Cənubi Amerika güvəsi aşkar olunduğunu bəyan edərək müvəqqəti məhdudiyyətlər tətbiq edib./Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru