Bakıda güclü partlayış olub - xəsarət alanlar var

14-05-2021, 18:33           
Bakıda güclü partlayış olub - xəsarət alanlar var
Bakı şəhərinin Səbail rayonunda restorana aid həyətyanı ərazidə hər birinin tutumu 40 litr olan 3 ədəd məişət qaz balonundan biri partlayıb, digər iki balonun başlıq hissəsi, həmçinin taxta tullantıları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, partlayış nəticəsində 4 nəfər (restoran işçisi) yanıq xəsarətləri alıb.

Xəsarət alanlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunaraq təcili tibbi yardım briqadasına təhvil veriliblər.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.