Ukrayna yeni qoşun növü yaradacaq

15-05-2021, 17:03           
Ukrayna yeni qoşun növü yaradacaq
Ukrayna prezidenti Volodimir Zelenski milli kiber qoşun bölməsinin yaradılması haqqında fərmanı imzalamağa hazırlaşır.


“Report” xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Ukrayna" telekanalının efirində bildirib.

"Bu qərar iclasda iştirak edən 21 üzvün hamısı tərəfindən yekdilliklə dəstəklənib. Düşünürəm ki, yaxın vaxtlarda prezidentin bununla bağlı fərmanı olacaq", - A.Danilov qeyd edib.

Şuranın katibinin sözlərinə görə, ötən gün keçirilən qapalı iclasda səkkiz məsələ müzakirə edilib. Onların arasında Ukraynanın kibertəhlükəsizliyi strategiyası, həmçinin ölkənin bioloji təhlükəsizliyi mövzuları da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru