Bulvarda hasarlanmış ərazidə Müslüm Maqomayevin heykəli qoyulacaq - ÖZƏL

16-05-2021, 16:36           
Bulvarda hasarlanmış ərazidə Müslüm Maqomayevin heykəli qoyulacaq - ÖZƏL
Görkəmli sənətkar, mərhum Xalq artisti Müslüm Maqomayevin heykəli Dənizkənarı Bulvar ərazisində quraşdırılacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər. Qeyd olunub ki, artıq heykəlin son tamamlanma işləri aparılır: "Müslüm Maqomayevin heykəli tamamlanmaq üzrədir. Heykəl Bakı şəhərində Dənizkənarı Milli Parkda ucaldılacaq. Xalq artistinin abidəsi artıq bərk materiala köçürülür. Yerində quraşdırma işləri heykəl tam hazır olduqdan sonra başlanacaqdır. İşlər mərhələli formada aparılır".

Qeyd edək ki, görkəmli sənətkarın abidəsinin quraşdırılacağı ərazi bir neçə gündür ki, hasara alınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru