Ağstafada evində öldürülən qadının qızılları oğurlanıb: Cinayət yoxsa oğurluq? – TƏFƏRRÜAT/YENİLƏNİB+FOTO

17-05-2021, 00:06           
Ağstafada evində öldürülən qadının qızılları oğurlanıb: Cinayət yoxsa oğurluq? – TƏFƏRRÜAT/YENİLƏNİB+FOTO
Ağstafa rayonunun Köçəsgər kəndində 62 yaşlı qadının evində öldürülməsi ilə bağlı yeni detallar məlum olub.

ekskluziv.az-ın əldə etdiyi məlumata görə, qadının evindən qızıl-zinət əşyaları oğurlanıb.

Həmçinin qeyd edilib ki, qadın Köçəsgər kəndində tək yaşayırmış.

Belə ki, verilən ilkin məlumatlara görə, 62 yaşlı Hüseynova Çiçək Əli qızının əri tərəfindən öldürüldüyü bildirilsə də, dəqiqləşdirmələr zamanı onun tək yaşadığı evdə naməlum şəraitdə boğularaq qətlə yetirildiyi açıqlanıb.

Kənd sakinlərinin sözlərinə görə, qadın 32 ildir ailəli olsa da, övladı olmayıb.

Cinayəti törədən şəxsin axtarışları istiqamətində hüquq-mühafizə orqanları tərəfindən axtarışlar davam etdirilir.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru