Hyuston polisi şəhərdə sərgərdan gəzən pələngi bir həftə sonra tuta biliblər
17-05-2021, 07:38
ABŞ-ın Hyuston şəhərində insanları qorxudan pələng nəhayət bir həftə sonra tapılıb.
Bu barədə “NBC News” xəbər verib.
Məlumata görə, doqquz aylıq olduğu bildirilən heyvan şəhərin düz mərkəzində görülmüşdü.
Həmin vaxt şerif köməkçisi həyəcanlanaraq onu güllələmək istəmiş, ancaq sonradan pələngin sahibi olduğu iddia edilən Viktor Uqo Kuevas adlı şəxs heyvanı qaçırmışdı.oxu.az