Ermənistanda 4 ayın əsgəri özünü asdı

18-05-2021, 06:19           
Ermənistanda 4 ayın əsgəri özünü asdı
Ermənistan ordusunun əsgəri intihar edib.

Azmarka.az xəbər verir ki, 4 ayın əsgəri hərbi hissəni qanunsuz tərk edərək evə gəlib və qarajda özünü asıb.

"Bu günlərdə Ararat bölgəsinin Surenavan ərazisində faciəli hadisə baş verib. 19 yaşlı gənc intihar edib. Bələdiyyə başçısı Karo Karapetyan intihar edən şəxsin 4 aydır ki, hərbi xidmətdə olduğunu, Çambarakda qulluq etdiyini deyib. O, könüllü olaraq hərbi hissəni tərk edib və evə qayıdıb. Sonradan özünü qarajda asaraq intihar edib", - deyə məlumatda bildirilir.

Gənc əsgərin hansı səbəbdən intihar etdiyi dəqiq məlum deyil.

Bununla yanaşı, kənd sakinləri ehtimal edirlər ki, erməni əsgər xidmət etdiyi hərbi hissədə problemlərlə üzləşib və bu səbəbdən canına qəsd edib.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru