Gördüyü yuxu gənci zəngin etdi

26-06-2021, 07:16           
Gördüyü yuxu gənci zəngin etdi
ABŞ-ın Kanzas ştatında Silver Lake şəhərinin sakini gördüyü yuxu sayəsində zənginləşib.

Bu barədə UPI xəbər agentliyi məlumat verib.

Bildirilir ki, Meyson Krentz yuxuda 25 min dollar (42 500 manat) qazandığını görüb. İki gün sonra o lotereya bileti alıb və yuxuda gördüyündən üç dəfə çox - 75 min dollar (127 500 manat) mükafat qazanıb.

“Böyük məbləğ qazanacağımı düşünmürdüm, çünki yalnız bir nömrə uyğun gəldi, amma sonra mükafatımın 75 min dollar olduğu ortaya çıxdı”, - deyə o bildirib.

Krentz pul ilə həyat yoldaşına avtomobil və torpaq sahəsi almağı planlaşdırıb. Qalan pulu isə Pay Fonduna yatırmağı düşünür.

“Əgər ev tikməyə qərar versək, pula ehtiyacımız olacaq”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru