Kolumbiyada 5 nəfər qətlə yetirilib 28-06-2021, 07:49 Kolumbiyanın cənubunda beş nəfər naməlum şəxslər tərəfindən öldürülüb.“Report” xəbər verir ki, bu barədə “La FM” radiostansiyası bildirib.Məlumata görə, faciə San-Visente-del-Kaquan bələdiyyəsində olub. Kəndlilər beş kişinin meyitini aşkarlayıblar.Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Güman edilir ki, cinayət yerli üsyançılarla əlaqəli ola bilər. Facebook-da paylaş