Bakıda sürücünün qarşısını zorla kəsmək istədilər: "Döymək istəyirdilər" – VİDEO

28-06-2021, 15:32           
Bakıda sürücünün qarşısını zorla kəsmək istədilər: "Döymək istəyirdilər" – VİDEO
Bakıda ötmə əməliyyatı edən sürücünün qarşısını zorla kəsməyə çalışıblar.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı "Masterclass Azerbaijan" səhifəsi məlumat yayıb və hadisə anının kadrlarını paylaşıb. Bildirilib ki, hadisə iyunun 26-da, saat 18:15 radələrində “Sədərək” Ticarət Mərkəzi istiqamətində qeydə alınıb.
Sürücü Rakif Əliyevin sözlərinə görə üç avtomobil onu sıxışdırıb və, maşını saxlamasını istəyiblər:
“Məni sıxıb saxlatmaq istəyirdilər ki, döysünlər. Məcburən əllərindən qaçıb körpüyə çıxdım. Arxamca gəldiklərini gördüm. Qaça bilmək üçün bütöv xəttin tələbini pozub istiqaməti dəyişdim”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru