SON DƏQİQƏ: Laçında iki hərbçimiz HƏLAK OLUB

28-06-2021, 23:38           
SON DƏQİQƏ:
İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru