Sahildə içərisində 20 cəsəd olan qayıq tapılıb

29-06-2021, 07:29           
Sahildə içərisində 20 cəsəd olan qayıq tapılıb
Britaniyanın Törks və Kaykos adaları yaxınlığında içərisində 20 cəsəd olan qayıq tapılıb.

Bu barədə “The Republic” xəbər verib.

Gəmi Grand-Terk adası sahillərində balıqçı tərəfindən aşkarlanıb.

Onların dörd gün əvvəl öldüyü bildirilir. Qayıqdakı cəsədlər artıq çürümüş vəziyyətdə olub.

Hüquq mühafizəçiləri ölümlərin səbəblərinin hələ müəyyənləşdirilmədiyini, lakin böyük ehtimalla onların qətlə yetirildiyini bildirib.

Hazırda yerli hüquq-mühafizə orqanları qurbanların şəxsiyyətini və onların ölüm səbəbini müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, bir müddət öncə Karib dənizində Trinidad və Tobaqo ölkələrinin sahillərinə göyərtəsində 14 çürümüş cəsəd olan qayıq tapılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru