Qarabağda daha 2 erməni hərbçisinin qalıqları tapıldı 30-06-2021, 00:02 Qarabağda axtarışlar zamanı daha iki erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş ərazilərdə aşkarlanaraq qarşı tərəfə təhvil verilib.Qeyd edilib ki, cəsədlərin şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə ekspertizası təyin edilib.Xatırladaq ki, hərbi əməliyyatlar bitdikdən bu günə qədər 1588 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılıb. Facebook-da paylaş