Bu yerlərdə maşın saxlayanlar məsuliyyətə cəlb olunacaq - XƏBƏRDARLIQ - VİDEO

30-06-2021, 07:37           
Bu yerlərdə maşın saxlayanlar məsuliyyətə cəlb olunacaq - XƏBƏRDARLIQ - VİDEO
Son dövrlər ölkə ərazisində ağır nəticələrə səbəb olan yanğın hadisələrinin sayı artıb. Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması yanğının baş verməsinin əsas səbəblərindəndir.

Bildirilib ki, yaşayış və qeyri-yaşayış binalarının girişində avtomobillərin nizamsız park edilməsi yanğınsöndürən avtomobillərin hadisə yerinə vaxtında çatmasına ciddi maneələr yaradır:

"İnsanların səhhət və həyatlarını təhlükə altına qoyan, yanğının baş verməsinə gətirib çıxara bilən hərəkətlərə yol verilməməlidir. Baş Prokurorluq xəbərdarlıq edir ki, bu kimi qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru