"Amma bir az yavaşca, çünki bu kimi əməliyyatlar üçün maliyyə əldə etmək çox çətindir"

30-06-2021, 16:23           
"Amma bir az yavaşca, çünki bu kimi əməliyyatlar üçün maliyyə əldə etmək çox çətindir"
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağdakı missiyasına ayrılan maliyyəni bu il 5 dəfə artıraraq 50 milyon avroya çatdırıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya mətbuatına müsahibəsində BQXC prezidenti Peter Maurer bildirib.

“Əvvəllər büdcəmiz 10-11 milyon avro olubsa, hazırda 50 milyon avroya yaxınlaşırıq və regiondakı mövcudluğumuzu da xeyli artırmışıq. Məcburi köçkünlərə, doğma yurd-yuvalarına qayıdanlara kömək edirik. Həmçinin hər iki tərəfdəki dustaqlara baş çəkmək, ailələrilə əlaqə saxlamalarında iştirak etməyimiz də az məsələ deyil. İmkan və zərurət yaranarsa, buradakı mövcudluğumuzu bundan sonra da artıracağıq. Amma bir az yavaşca, çünki bu kimi əməliyyatlar üçün maliyyə əldə etmək çox çətindir”, – təşkilat rəhbəri deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru