Azərbaycan gənclər təşkilatının fəalı cinsini dəyişib, NİŞANLANDI - FOTO

30-06-2021, 19:53           
Azərbaycan gənclər təşkilatının fəalı cinsini dəyişib, NİŞANLANDI - FOTO
Hazırda Türkiyədə yaşayan Nigar Qasımova adlı 25 yaşlı azərbaycanlı qız cinsiyyət dəyişdirmə əməliyyatı etdirib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, əməliyyatdan sonra adını və soyadını dəyişən Nigar indi Özgür Kasımov adlanır. Özgür hal-hazırda türk vətəndaşı olan xanımla nişanlanıb, toy etməyə hazırlaşır.

Qeyd edək ki, Nigar ilk dəfə 1-ci sinifdə oxuyanda kişi hisslərinin olduğunun fərqinə varıb.

Hətta onun ilk eşqi ibtidai sinif müəlliməsinə olub. Hər zaman kişi olmaq istəyən Nigar, nəhayət ki, bu arzusunu reallaşdıra bilib.

Xatırladaq ki, Nigar Kasımova Azərbaycan gənclər hərəkatında aktiv fəaliyyət göstərən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) idarə heyətinin üzvü olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru