Yəmənin hərbi kəşfiyyatının rəhbəri öldürülüb

27-02-2016, 00:37           

Hücum ölkənin “müvəqqəti paytaxtında” həyata keçirilib.

Naməlum şəxslər Yəmənin hərbi kəşfiyyatının başçısı general Ədham əl-Caarini qətlə yetiriblər.

Telekanalın məlumatına görə, zabitə hücum ölkənin “müvəqqəti paytaxtı” Aden şəhərinin Es-Saada rayonunda törədilib. Cinayətin arxasında kimin durduğu və digər təfərrüatlar məlum deyil.

2014-cü ilin avqust ayından Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi ölkə hakimiyyəti və şiə qiyamçıları husilər arasında qarşıdurmalar səngimək bilmir. 2015-ci ilin yanvarında qiyamçılar ölkənin paytaxtı Sananı ələ keçiriblər.

Prezident Abd Rabbo Mansur Hadi əvvəlcə Adenə köçməli olub, mart ayını 25-də qiyamçılar şəhərə daxil olduqdan sonra o, ölkəni tərk edib. Uzun müddət o, Ər-Riyadda qalmalı olub və Adenə noyabrın ortasında qayıdıb. Mart ayının 26-dan Səudiyyə Ərəbistanı Bəhreynin, Qətərin, Küveytin və BƏƏ HHQ-nin dəstəyi ilə qiyamçılara qarşı hərbi əməliyyatlar aparır. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru